Büdcənin neftdən asılılığı: Qeyri-neft sektorunda real durum necədir? – İQTİSADÇI RƏYİ

Büdcənin neftdən asılılığı: Qeyri-neft sektorunda real durum necədir? – İQTİSADÇI RƏYİ
 

"İndiki halda neft amilinin çəkisinin artmasına neqativ istiqamətli proseslərin yaratdığı təsirlər kimi yox, obyektiv faktorlar kontekstində baxmaq lazımdır”.

 

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasətinə baxmayaraq, dövlət büdcəsinə daxilolmalarda və ÜDM-də neft amilinin xüsusi çəkisinin yenidən artmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:

  

"Son bir neçə ildə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması istiqamətində müxtəlif addımlar atılıb. Strateji yol xəritələri təsdiqlənib. Düzdür, bu addımların real effektivliyi zəif hiss olunur. İqtisadiyyatımız 2017-ci ildə cəmi 0,1, 2018-ci ildə isə 1,4 faiz böyüyüb. Bu dövrdə qeyri-neft sahəsində artım nisbətən daha yüksək faizlə ifadə olunub. Buna baxmayaraq, effektivlik daha aşağı səviyyədədir”.

 

R. Həsənovun fikrincə, məhz dəyişən şərtlər neftin dövlət büdcəsi və ÜDM-də rolunun yenidən artmasına şərait yaradıb: "İqtisadiyyatın şaxələndirilməsi siyasətinə baxmayaraq, dövlət büdcəsinə daxilolmalarda, ÜDM-də payında neftin çəkisinin artması iqtisadiyyatın struktur inkişafından deyil, dəyişən şərtlərdən formalaşan faktordur. Dövlət bedcəsində neft gəlirlərinin artması Dövlət Neft Fondundan əvvəlki illə müqayisədə dövlət büdcəsinə transferin daha artıq nəzərdə tutulması ilə bağlıdır. Eyni zamanda, cari ilin birinci rübündə neftin qiyməti keçən illə müqayisədə daha yüksək olub”.

 

Həmsöhbətimizin dediyinə görə, burada qaz amili də öz sözünü deyib: "ÜDM-də enerji resurslarının çəkisinin artmasında əsas faktor isə qaz hasilatının sürətlə artmasından irəli gəlir. Ümumilikdə götürdükdə 2019-cu ilin birinci rübündə 3 faizə qədər böyüyən iqtisadiyyatımızda qeyri-neft sektorunun payı 1,4 faiz olduğu halda, neft sektorunun payı 1,9 faizə qədər böyüyüb. Neft sektorunun böyüməsində də əsas faktor qaz hasilatının artmasıdır. İlin birinci rübündə qaz hasilatı 35 faizə yaxın artıb. İxracda qeyri-neft məhsullarının artım dinamikası zəif olaraq qalır. Neft sektorunun çəkisinin bu müstəvidə artmasını şərtləndirən faktor isə neftin qiymətinin bahalaşması amilidir. Ölkəmizin ixracatının 90 faizi də neftdən formalaşır. İndiki halda, neft amilinin çəkisinin artması neqativ istiqamətli proseslərin yaratdığı təsirlər kimi yox, obyektiv faktorlar kontekstində qiymətləndirilməlidir. ÜDM-də neftin çəkisinin artımı o halda təhlükəli hesab edilir ki, burada qeyri-nef sektoru kiçilir. İndiki halda isə zəif də olsa qeyri-neft sektoru böyüyür. Neft sektorunun daha sürətlə böyüməsi isə prosesə bu cür təsir edib”.


Qeyd edək ki, Azərbaycanda artıq xeyli müddətdir iqtisadiyyatın şaxələndirilməsi siyasəti aparılır. Bu fonda da qeyri-neft sektorunun inkişafına daha çox önəm verilir. Buna baxmayaraq, neft amilinin çəkisi, ondan asılılıq da artmaqda davam edir. Belə ki, dövlət büdcəsinin daxilolmalarında neft gəlirlərinin 2017-ci ildəki 47,7 faizlik payı 2018-ci ildə 59,5 faizə, ixracatda xam neft, neft məhsulları və təbii qazın payı müvafiq olaraq 2017-ci ildəki 88,62 faizdən 2018-ci ildə 91,17 faizə, neft-qaz sənayesinin ÜDM-də payı 2017-ci ildəki 37,17 faizdən 2018-ci ildə 42,56 faizə qədər yüksəlib.

Elçin


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...