Bu xəstəliyə tutulan üç nəfərdən biri ölür - Özümüzü necə qoruyaq?

Bu xəstəliyə tutulan üç nəfərdən biri ölür - Özümüzü necə qoruyaq?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hər il oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir.

Sfera.az  xəbər verir ki, bu təşkilatın məlumatına görə, hər il yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bunların 7 milyonu ölümlə nəticələnir. Məhz buna görə də insultla mübarizə gününün keçirilməsi maarifləndirici tədbir kimi zəruridir.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, adətən bu xəstəliyə tutulanların üçdə biri ölür, qalanları isə əlilə çevrilir:

"Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Damarların tutulması baş verən işemik insultdan sonra insanlar salamat qalsa da, əlilə çevrilir. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir.

Çoxları insult olduqlarını bilmədikləri üçün ölürlər. İnsult simptomları çox sadədir: insult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir.

İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlar lazım deyil. Sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq, təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq və siqaretdən uzaq durmaq lazımdır. Üç əsas şey - hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi risk amilini artırır”.

Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir: "İnsult keçirənlərin sayı 55 yaşdan sonra iki dəfə artır. Lakin onu da qeyd edək ki, səhhətinə biganə qalmayan hər bir insan üçün bu xəstəlikdən qorunmaq asandır. Zərərli vərdişlərdən uzaq olan, düzgün qidalanan, sağlam həyat tərzi keçirən, siqaret və içkidən uzaq olanların insult keçirmək riski, demək olar ki, sıfıra bərabərdir. Vaxtlı-vaxtında həkim müayinələrindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək nəinki insult riskini azaldır, həmçinin insanın əmək qabiliyyətini artırır.

Mütəxəssislər belə hesab edirlər ki, yarmalar, meyvələr və balıq insult riskini 30 faiz azaldır”. /sağlamolun.az


OXŞAR XƏBƏRLƏR

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...