Bu rayonlarda qazın verilişində problem yaranıb

Bu rayonlarda qazın  verilişində problem yaranıb
 

Xaçmaz və Ağsu rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

"Azəriqaz” İB-dən Sfera.az-a  verilən məlumata görə, sentyabrın 25-də səhər saat 09:00-dan etibarən aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı Xaçmaz şəhərində bir qrup abonentin qaz verilişində fasilələr yaranıb.

Zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinin icrası ilə bağlı Ağsu rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.


OXŞAR XƏBƏRLƏR