“Bu qədər yükə dövlət dözməz” - Ekspert

“Bu qədər yükə dövlət dözməz” - Ekspert
 

"Vətəndaşın kreditlərini dövlət qaytarır, əmanətlərini dövlət qaytarır, nəhəng bir bankın xarici borclarlarını dövlət qaytarır, iri şirkətlərini borclarını dövlət qaytarır, sahibkara dəyən ziyanı dövlət qaytarır. Bu qədər yükə dövlət dözməz”.

Bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. O, qeyd edib ki, bu qədər nəhəng yük dövlətin üzərində qalırsa, demək ki, sistem çalışmır: "Bank sistemi riskləri hesablaya bilmir, sığorta sistemi riskləri sığortalaya bilmir, yanğın təhlükəsziliyi öz sahəsinə aid riskləri görə bilmir, vergi sistemi şəffaf dövriyyə yarada bimir ki, sığorta mexanizmləri riskləri sığortalamağa çətinlik çəkə bilməsin”.

R. Ağayev deyib ki, bu qədər "sistem" sözü, sistem qüsuru olan yerdə fərdlərdə günah axtarmaq vaxt itkisidir: "Sistem islahatlarına ehtiyac var. Kabinetlərdə qəbul edilən qərarlara deyil, ortaq ağla söykənən, cəmiyyətin bütün kəsimlərinin prosesdə iştirakına zəmanət verən, onların rəyini və ehtiyaclarını nəzərə alan mexanizmin çalışmasına ehtiyac var. 

Əks halda heç bir dövlət bu qədər yükə tab gətirməz.

Təsəvvür edirsinizmi, sistem düzgün çalışsaydı, dövlət bu qədər izafi və gərəksiz yükə məruz qalmasaydı, həmin vəsaitlər insanların sağlamlığına, təhsilinə, elmə, iqtisadiyyatda yüksək texnologiyaların tətbiqinə, ölkənin ekologiyasına sərf edilsə idi, cəmiyyətimizin nələr qazanardı.

Bizim vəziyyətimiz indi təxminən belədir: ata (bizim reallıqda neft) nəhəng pullar qazanır, amma övlad bu pulları dəbdəbəli mənzillərə, avtomobilə xərcləyir. Amma onları da ya yandırır, ya da daşa-divara çırpıb yenilərini alır”.


OXŞAR XƏBƏRLƏR

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...