“Bu nağılla 54 ölkəyə Azərbaycanın gözəlliyini çatdıracağıq” - Nazirlik

“Bu nağılla 54 ölkəyə Azərbaycanın gözəlliyini çatdıracağıq” - Nazirlik
"Bu gün biz burada mədəniyyətimizi, tariximizi və Şərq dünyasının incəlik və gözəlliklərini görəcəyik. Bir nağıl seyr edəcəyik. Bu nağılla da dünyanın dörd qitəsində 54 ölkəyə Azərbaycanın gözəlliyini çatdıracağıq”.
 
Bu sözləri Sfera.az-a IV İslam Həmrəylik Oyunlarının açılış öncəsi Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin katibi Səmayə Məmmədova söyləyib.

Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ölkəmizə təşrif buyuran media işçilərinin hər birisi akreditasiyadan keçiblər:

"Mindən çox media qurumu akreditasiyadan keçib. 700-ü yerli, 300-dən artığı isə əcnəbi media qurumlarıdır. Eyni zamanda Türkiyə, Səudiyyə Ərəbistanı, Əl-Cəzair, İran, Gürcüstan və Rusiyadan media nümayəndələri də çoxluq təşkil edir.

Bildiyiniz kimi, Küveyt, Liviya və Sudan oyunlarda iştirak etməkdən imtina etdilər. Təbii ki, biz onlara hörmıtlə yanaşırıq. Gəlmələri ilə bağlı "hə” cavabı var idi. Ancaq son anda imtina qərarı verdilər, səbəbini də açıqlamadılar”.

Gülnarə Eynullaqızı
Sfera.az



 


OXŞAR XƏBƏRLƏR