\"Bu mövsüm qapımıza nə zərbə gedirsə, qol olur\" - Rəşad Sadıqov

\
Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Sportinq”ə 1:6 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sfera.az xəbər verir ki, avrokuboklarda 100-cü oyununa çıxan təcrübəli müdafiəçi əvvəlcə görüşlə bağlı danışıb.

- Avrokuboklarda 100-cü oyununuzu keçirdiniz və bu qarşılaşma ağır məğlubiyyətlə yekunlaşdı. Hisslərinizi bölüşərdiniz.

- Çox danışacaq bir şey yoxdu. Hesab hər şeyi deyir.

- Lissabonda bu rəqibə 0:2 hesabı ilə uduzsanız da, bu dəfə daha fərqli oldu. Nə baş verdi?

- Bu gün tam fərqli "Sportinq” oynayırdı. Bilmirəm, bu, baş məşqçi dəyişikliyinə görədir, yoxsa yox, amma rəqib tam fərqli oynadı. Kubok oyununda onları təhlil etmişdik, çox aqressiv çıxış edirdilər. Səviyyə fərqi çox böyükdür, meydanda açıq-aşkar görünürdü. Desək ki, bizim futbolçularda istək yox idi, mübarizə aparmırdılar, adamın dili gəlməz. Ustalıq səviyyəsi adi epizodlarda özünü göstərdi.

- Yığma komandamızın Millətlər Liqasındakı uğursuz çıxışları sizə təsir edib?

- İnanmıram. O oyunların buna aidiyyatı yoxdur. Toparlanıb ilin sonuna kimi 5 oyuna çıxmalı, daha sonra II dövrəyə və növbəti avrokubok mövsümünə hazırlaşmalıyıq. Nə qismət olsa, ona hazırlaşmalıyıq. Ruhdan düşmək və "sınmaq” vaxtı deyil. Bizə yaraşmayan formada acınacaqlı şəkildə yenilgi yaşadıq. Belə məğlubiyyət ağlımıza gəlməzdi. Bu, ən böyükhesablı ev məğlubiyyətimiz oldu. 70-ci dəqiqəyə kimi qapıya gələn dörd zərbənin hamısı qol oldu. Ümumiyyətlə, bu mövsüm qapımıza nə zərbə gedirsə, qol olur. Ötən mövsüm xal aldığımız oyunlarda bəzən rəqib istifadə edə bilmirdi, bizə də motivasiya gəlirdi və hərdən istifadə edirdik. Ancaq bu il tam fərqli ssenari gedir. Sanki Çempionlar Liqasında oynayırıq. Düzdür, ötən il də 6 qolla uduzmuşduq. Amma belə ağır oyunlarımız olmamışdı. "Arsenal”dan evdə üstün çıxış etmişdik, "Sportinq”lə də səfərdə pis oynamamışdıq. Komanda şəklində ruhdan düşmək olmaz. Qışda özümüzə gəlmək üçün vaxt olacaq. Ağır period keçiririk.

- İbrahim Şehiç üçün darıxırsınız?

- Şehiç söhbəti deyil. Çatışmayan şeylərimiz var, hamı bunu anlayır. Birdən-birə bəzi şeylər düzəlmir. Bunun üçün vaxt lazımdır.

- "Qarabağ”ın bu mövsümkü zəif çıxışını nə ilə əlaqələndirə bilərsiniz?

- Çox şeylə əlaqələndirmək olar. Bu gün səbəb gətirmək zamanı deyil. Özü də belə məğlubiyyətdən sonra. Çatışmayan cəhətlər var. İnşallah, zamanla bunlar həll olar. Qış və ya yay transfer dönəmlərində komandamız düzələcək.

- Avrokuboklarda 100-cü oyununuzu keçirdiniz. Sizə hansısa yerli futbolçu çata bilərmi?

- Bu dəqiqə 100-cü oyun hayında deyiləm.
 
 Qol.az


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...