Bu itlər koronavirusa yoluxub-yoluxmadığımızı bilir – Onları aeroportda işə götürdülər

Bu itlər koronavirusa yoluxub-yoluxmadığımızı bilir – Onları aeroportda işə götürdülər

Helsinki hava limanını idarə edən şirkətin verdiyi məlumata görə, hava limanında itlərdən ibarət xüsusi dəstə işə başlayıb.


Sfera.az RİA. Novosti-yə istinadla xəbər verir ki, onlar sərnişinləri qoxulamaqla onların koronavirus infeksiyasına yoluxub yoluxmadığını müəyyən edəcəklər.

"COVID-19-u aşkarlayan itlər Helsinki hava limanının 2B ziyatətçi zalında işə başlayıblar.

 

Həmin İtlərə test salfetlərinin köməyi ilə koronavirusu aşkar etmək üçün təlim keçiblər. Test salfetləri sınaqdan keçməyə razı olan sərnişinlərə verilir. İştirak könüllüdür və ilk növbədə xaricdən gələn sərnişinlər üçün nəzərddə tutulub. ", -deyə məlumatda bildirilir.


Test zamanı heç bir şəxsi məlumat toplanılmır. Test sınağı müsbət nəticə verən şəxs növbəti təlimatlar almaq üçün sağlamlıq məlumat mərkəzinə göndərilir. Sözügedən eksperiment 4 ay davam edəcək.


Bundan əvvəl Finlyandiya aeroportlarından birində itlərin köməyilə sərnişinlərin sidiyində koronavirus infeksiyasının aşkarlanması üzrə analoji təcrübələr aparılmışdı.

 

 

Cari ilin avqust ayında Dubay aeroportunda da da buna bənzər eksperimentin aparıldığı haqda məlumat verilmişdi.


Həmçininaz az əvvəl Rusiya "Aeroflot”unda da aylardır şalayka cinsindən olan itlərə təlim keçildiyi haqda məlumat verilmişdi. Baza nəşri "Rospotrebnadzor”dakı ("İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət”) mənbəyə istinadla bildirmişdi ki, təcrübələr "Xidməti istifadə üçün" qrifi altında keçirilir, şirkət bu haqda rəsmi məlumat verməyib.


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...