“Bu, İlham Əliyevin son xəbərdarlığıdır” – İcra başçıları cəzalandırılacaq

“Bu, İlham Əliyevin son xəbərdarlığıdır” – İcra başçıları cəzalandırılacaq
"Dəfələrlə icra başçılarına xəbərdarlıq edilir, onlara xüsusi tapşırıqlar verilir, əhali ilə normal davranmalarını, onların ərizə və şikayətlərinə baxılmasını, ümumiyyətlə rayonlarda normal qayda-qanunların yaradılması tələb edilir. Amma praktikada hadisələr demək olar ki, o qədər yaxşılaşmır”.

Bunu  açıqlamasında politoloq Qabil Hüseynli ölkə başçısının idarəetmə ilə bağlı son çıxışdan danışarkən deyib. O bildirib ki, icra başçıları yenə də əvvəlki maneralarında qalırlar:

"Yenə də əhali ilə kobudluq edirlər, yeri gələndə rüşvət almaqdan, bunun hesabına iş görməkdən çəkinmirlər. Bu nöqteyi-nəzərdən zənnimcə, ən mühim addım prezidentin tapşırıqlarından özü üçün nəticə çıxarmayan və əvvəlki üslubunda işləməyə davam edən icra başçıları üçün ciddi ölçülərin götürülməsindən gedir. 

Bunun üçün hər bir rayon əhalisi arasında ictimai rəyi öyrənib həmin icra başçıları haqqında məlumat toplamaq lazımlı addımlardan biri ola bilər. Bütün icra başçılarının reytinqləri, göstəriciləri, iş qüsurları və rayonlardakı gördükləri işlərin nəticələri Prezident Aparatının xüsusi komissiyaları vasitəsilə araşdırılmalı və öyrənilməlidir. Əhalinin rəyi burada ön plana keçməlidir. Əgər əhali konkret faktlarla, nümunələrlə icra başçısının törətdiyi əməllər haqqında fikir söyləməyi bacarırlarsa, bu fikirləri praktikada təsdiq edirlərsə, həmin zaman onlar haqqında ciddi ölçü götürülməlidir. Ciddi ölçü deyəndə mən işdən çıxarılmasını, istefaya göndərilməsini nəzərdə tutmuram. Adamlar törətdiyi əməllərə, oğurladıqları vəsaitə, əldə etdikləri sərvətə görə hesabat verməlidirlər. Hüquq mühafizə orqanları qarşısında cavab verməlidirlər. 

Onlar aldıqları maaşlarla böyük sərvət sahibi olurlarsa, həm də bu sərvətin bir qismini xaricə yönəldib ora sərmayə yatırmağa nail ola bilirlərsə, deməli bu sərmayənin mənbəyi tamamilə kirli pullar hesabınadır. Buna görə  həmin adamlar Cinayət Məcəlləsinin müddəaları ilə cavab verməlidirlər. Əgər insanlar cəzalandırılmasa, yüz dəfə söz desən də, o sözdən yalnız bir neçə gün özünə nəticə çıxaracaq, bundan sonra yenə əvvəlki tempində işləməyə davam edəcək”.

Q.Hüseynli qeyd edib ki,  Prezident Aparatında ümumiyyətlə ölkədəki qayda-qanunlara riayət edilməsi, rüşvət və korrupsiya ilə mübarizə aparılması üçün daha ciddi orqanın yaradılmasına ehtiyac da var:

"Doğrudur, korrupsiyaya qarşı mübarizə aparan komissiyaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev başçılıq edir. Bundan başqa həm də Baş Prokurorluğun yanında korrupsiyaya qarşı mübarizə idarəsi var və s. Zənnimcə, effektli, xüsusi seçilmiş və çox ciddi surətdə qayda-qanunlara riayət edilməsinə nəzarət edən, insanların ərizə və şikayətlərinə operativ baxmağı bacaran və bunlar əsasında ciddi nəticələr çıxaran ya yeni bir orqan yaradılmalıdır. Ya da bununla məşğul olan orqanların işinə ciddi nəzarət edilməlidir. 

Vətəndaş şikayət edir, şikayəti yenidən onun üstünə göndərilir, vətəndaş olan faktlardan danışır, ya onu susdururlar və ya onun danışdıqlarını saya salmırlar. Prezident maksimum səy göstərir ki, ölkədə qayda-qanun bərpa edilsin, icra başçıları yerlərdə bütün gücü ilə işləsin, əhalini soyub talamasın, özbaşınalıq etməsin. Hətta bir zamanlar ölkə başçısı icra başçılarının qabağına belə bir məsələ qoymuşdu ki, hər bir rayon müxtəlif kommersiya strukturları yaratmaqla, kiçik və orta sahibkarlara geniş meydan açmaqla həmin rayonun maliyyə ehtiyaclarını özləri ödəməlidirlər. Hətta bacarırlarsa, ölkə büdcəsinə vəsait də göndərməlidirlər. O zaman qeyd edilmişdi ki, icra başçılarının fəaliyyəti məhz bu meyarlarla dəyərləndiriləcək. Hadisələr oldu keçdi,  icra başçılarının fəaliyyəti məhz rayonun maliyyə cəhətdən səmərəli işləməsi nöqteyi-nəzərindən hələ də dəyərləndirilməyib və hələ də dövlətin torpaqlarını, imkanlarını ayrı-ayrı adamlar şəxsi məqsədləri üçün istifadə etməkdə davam edirlər. Özü üçün bir tikə çörək tapmaq istəyən insanlar isə qapılarda, növbələrdə gözləmək məcburiyyətində qalırlar”.

Politoloq düşünür ki, prezidentin xəbərdarlığı son xəbərdarlıqdır:

"Bu baxımdan ictimaiyyətimizi fəal olmağa çağırıram. Neqativ hallar, yerli icra hakimiyyəti orqanlarının, digər məmurların özbaşınalıqları haqqında əhali konkret faktlarla prezidentə, onun administrasiyasındakı uyğun strukturlara müraciət etməli və hər bir məmurun konkret obrazının cızılmasına , onun haqqında ictimai rəyin formalaşdırılmasına nail olunmalıdır. Bizdə ictimai rəyə çox da əhəmiyyət verilmir. Amma bu, ən böyük, ən obyektiv qiymətləndirmədir. 

Xalqın və Azərbaycan dövlətçiliyinin tələblərinə uyğun gəlməyən adamların məsuliyyətə cəlb edilməsi üçün ictimai rəyin gücündən geniş istifadə edilməlidir. İşdən azad edilmiş və  geniş var-dövlətə sahib olan oliqarxların hansı haqqında təsirli tədbirlər görülüb? Və niyə görülmür? Onlar niyə bu gün azadlıqda gəzib əllərində olan böyük vəsaitlərdən tutaq ki, prezidentin, mövcud dövlətçiliyimizin əleyhinə istifadə etmək imkanlarına sahib olsunlar? Bir qismi isə çox sürətlə burdakı var-dövlətlərini xaricə transfer etməklə məşğuldurlar. Yəni xalq gözünü açıb görməlidir ki, filankəs əyri yollara əl atır, rüşvətxorluqla məşğul olur. Onlar buna görə ciddi cəza almalıdır. Digərləri də yəqin , bundan nəticə çıxarmağa çalışacaq”. "Yeni Sabah”

OXŞAR XƏBƏRLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...