Bu il Azərbaycanın bank sektoru 87 mln. manat mənfəət əldə edib

Bu il Azərbaycanın bank sektoru 87 mln. manat mənfəət əldə edib
2018-ci il fevralın 1-nə bank sektorunun xalis mənfəəti 86,7 mln. manat təşkil edib.
 
Sfera.az Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu il bankların faiz gəlirləri 146,9 mln. manat, faiz xərcləri isə 50,8 mln. manat olub. Qeyd edək ki, banklar bu ilin yanvar ayında kreditlər üzrə faizlərdən 91,9 mln. manat əldə edib.
 
Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 28,8 mln. manat vəsait xərclənib.

OXŞAR XƏBƏRLƏR