Bu gün Salatın Əsgərovanın doğum günüdür

Bu gün Salatın Əsgərovanın doğum günüdür
Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalisti, "Molodyoj Azərbaycana” qəzetinin müxbiri olmuş Salatın Əziz qızı Əsgərovanın doğum günüdür.
 
Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub.
 
1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.
 
1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, "Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilib.
 
Ailəli idi, bir oğlu var.
 
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı” adı verilib Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
 
Bakı şəhərində adına bir küçə var.
 
Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. "Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub.
 
Yaxınlığında həlak olduğu Şuşa rayonunun kəndi Salatınkənd adlanır.
 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...