İdman

Bu gün “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirəcək

Bu gün “Qarabağ” Çempionlar Liqasında növbəti oyununu keçirəcək
 

Bu gün "Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi II təsnifat mərhələsinin cavam matçı çərçivəsində İrlandiyanın "Dandolk” komandasını qəbul edəcək. "Dalğa Arena”da baş tutacaq görüş saat 21:00-da start götürəcək.

Ötən həftə Dandolkdakı "Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı 4-cü dəqiqədə Mahir Emreli açsa da, Patrik Hoban 78-ci dəqiqədə bərabərlik topunu vurub. Qələbəni əldən verməsinə rəğmən, "Qarabağ”ın səfərdən sərfəli nəticə ilə döndüyünü söyləmək olar. İndi növbəti raunda vəsiqə qazanmaqdan ötrü Ağdam təmsilçisinə evdə qol buraxmamaq kifayətdir.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031