Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

Mərkəzi Bank 06 Fevral 2017-ci il tarixinə USD/AZN məzənnəsini 1.9111 manat səviyyəsində açıqladı.

 

-Gün ərzində banklarda dolların ucuzlaşması müşahidə olundu. Banklar Dolları 1.82-1.86 manat səviyyələrindən almağa başladılar.

 

-Axşam saatlarında (17:00-da) məlum oldu ki, 07.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,8769 səviyyəsində müəyyən olunub. Fevralın 6-da USD/AZN məzənnəsi 1,9111 manat səviyyəsində olub. Beləliklə, Manat Dollar qarşısında 1.8% dəyər qazandı. Bu xəbər, Dollarını əvvəlki günlər 1.90-1.94 manatdan satmayanları çox məyus etdi.

 

Valyuta hərracının olmadığı gün rəsmi məzənnənin dəyişməsi çoxlarını təəcübləndirdi.Lakin bu mümkündür və bir neçə dəfə baş vermişdir.

 

Belə ki, Mərkəzi Bankda hərrac keçirilməsə də banklararası bazarda valyuta alqı-satqısı aparılır. Bu gü banklar banklararası bazarda bir-birlərinə Dolları daha aşağı qiymətə satıb-aldıqlarından, Mərkəzi Bank da rəsmi məzənnəni aşağı saldı.

 

Qeyd  edək ki, USD/AZN rəsmi məzənnəsi Fevralın 1-də 1.92 manata, banklarda Dolların satış qiyməti 1.99 manatadək qalxmışdı.


OXŞAR XƏBƏRLƏR