Bu gəncləri təhlükə gözləyir - XƏBƏRDARLIQ

Bu gəncləri təhlükə gözləyir - XƏBƏRDARLIQ

Gənclər özlərini təhlükəyə atır

Sfera.az xəbər verir ki, xəzərxəbər-in məlumatına görə, Paytaxtdakı bəzi oyun salonları gecə yarısına qədər , bəzən də 24 saat fəaliyyət göstərir. Yəni bu salonlarda gecənin istənilən vaxtında oyun oynayanlara rast gəlmək mümkündür. Gəncləri gecə saatlarında bura cəlb edən səbəb nədir və onları hansı təhlükə gözləyir ?

Qol vurub sevinən kim...Növbə ilə oyun oynayanlar kim...

Bu görüntülər paytaxtda fəaliyyət göstərən oyun salonlarında lentə alınıb.Bu salonların bəziləri gecə yarısına qədər, bəziləri isə 24 saat fəaliyyət göstərirlər. Bunu fürsət bilən bəzi gənclər isə vaxtlarını bu salonlarda keçirir.

Mütəxəssislər isə hesab edir ki, belə oyun salonlarına üz tutuanları stress yuxu pozğunluğu və bir sıra neqativ hallar gözləyir.

Həddindən artıq oyun oynamaq hətta infarkt xəstəliyinə tutulma riskini də artırır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR