Bu gəlinin həyat hekayəsi insanları ağladır - FOTO

Bu gəlinin həyat hekayəsi insanları ağladır - FOTO
Arizonada yaşayan Debbi Gerlaç adlı qız internet fenomeni olub.

BUNA SƏBƏB DEBBININ PAYLAŞDIĞI FOTOLAR VƏ SOSIAL ŞƏBƏKƏ VASITƏSI ILƏ DANIŞDĞI HƏYAT HEKAYƏSIDIR.

Belə ki, toyuna bir neçə həftə qalmış Gerlaçın nişanlısı Randi Zimmerman motosiklet qəzasına düşərək həyatını itirib. Buna baxmayaraq Debbi gəlinlik geyinib və çəkilmiş şəkillərdə yanına Randini fotoşopla qoyub. O, hazırladığı şəkilləri hesabında paylaşıb və belə bir şərh qeyd edib:

"Bu gün həyatımın ən gözəl günü olmalı idi. Bu gün ən yaxın insanımla ailə quracaqdım. Hər kəs bizim bir-birimizi nə qədər sevdiyimizə bu gün şahid olacaqdı. Bir-birimizə bir ömür bir yerdə olmaq sözü verəcəkdik. Onun xanımı olacaqdım. Zimmerman soyadı daşıyacaqdım. Amma onu qəzada itirdim. Bu gün yalnız oyandım və dərk etdim ki, həyatımın eşqi ilə evlənə bilməyəcəm. Lakin gəlinliyimi geyindim. Xəyal da olsa, onun yanımda olduğunu hiss etmək istədim. Bu yazımı oxuyan hər kəsə səslənirəm. Diqqətli olun. Sevdiklərinizi tək qoymayın".

Debbinin fotolarını görən və həyat hekayəsini oxuyan izləyicilər kədərləndiklərini, hətta bəziləri göz yaşlarına hakim ola bilmədiklərini qeyd ediblər.
 
///Axşam.az
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...