\"Bu cür yollarla milyonlarla vəsait mənimsəyib\" - Rəşid Mahmudovdan Səlim Müslümov haqqında SƏRT SÖZLƏR

\
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov 181 ölüyə pensiya yazılaraq, dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı Hesablama Palatası tərəfindən Dövlət Sosial Müdafiə Fondunda aparılan hesabata sərt münasibət bildirib.

Rəşid Mahmudov Sfera.az-a açıqlamasında deyib ki, Səlim Müslümov nazir olmamışdan əvvəl həbs həyatı yaşayan adam olub:

"Eşitdiyimə görə Səlim Müslümov nazir olmamışdan öncə həbs edilib. Görünür ki, bu adam elə əvvəlcədən yaxşı kadr olmayıb. Yaxşı kadr olsaydı, onu vəzifədən çıxartmazdılar".

Tibb alimi Azərbaycanda mövcud pensiya qanunvericiliyini də tənqid edib:

"Əvvəlcə Azərbaycanda pensiyaya çıxmaq yaşı 62 idi. Sonradan bunu 65 etdilər. Sosial Müdafiə Fondu isə ölmüş adamların adına pul yazdırıb mənimsəyib. Misal üçün, indi qanuna dəyişiklik edilib, hər hansı adam 65 yaşında pensiyaya çıxa bilir. Təsəvvür edin ki, hər hansı bir insan işləyib çalışır, 64 yaşına qədər Sosial Müdafiə Fonduna pul köçürür, ancaq 65 yaşa çatmadan vəfat edir. Bəs onun ödədiyi pullar hara gedir? Qanunla o pullar ölən adamların ailələrinə verilməlidir. Sosial Müdafiə Fondu bu cür yollarla milyonlarla vəsait mənimsəyib. Mən bunu hələ Səlim Müslümov nazir olan vaxtı Milli Məclisin komitə sədri Hadi Rəcəbliyə də demişəm". 

Orxan Bəşirov
Sfera.az

OXŞAR XƏBƏRLƏR