\"Bu cür biabırçılıqdansa, mitinq keçirtməmək yaxşı idi\" - Tağı Əhmədov

\
"Yasamalda mitinq keçirtmək üçün müxalifətə yer verilibsə, bu o demək deyil ki, burada müxalifət güclüdür. Yasamalda hamı bir nəfər kimi Prezident seçkilərində YAP-ın namizədinə səs verməyə tam hazırdır". 

Bu sözləri Sfera.az-a açıqlamasında Bakı Metropoliteninin sabiq rəisi (1998-2014), Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib. 

Tağı Əhmədov bildirib ki, müxalifət Martın 10-da özünü biabır edib:
 
"Hamı yüksək səviyyədə İlham Əliyevin prezident olmağını istəyir. Bu birmənalı belədir. Mitinq keçirilməsi üçün Yasamalda yerləşən "Məsul" stadionunda müxalifətə yer ayrılıbsa, bu o demək deyil ki, Yasamal camaatı müxalifəti dəstəkləyir. Özü də həmin stadiona təkcə Yasamaldan gəlmir, hər yerdən ora gəlirlər. Gələnlərin də ümumi sayı cəmi 1200-2000 arasıdır. Bu qədər sayda adam toplamaqla mitinq keçirtmək biabırçılıqdır. Martın 10-da da müxalifət çox sayda adam toplaya bilmədiyi üçün özünü biabır etdi. Bu cür biabırçılıqdansa, mitinq keçirtməmək yaxşı idi".

Tağı Əhmədov həmçinin qeyd edib ki, hazırda YAP Yasamal rayon təşkilatı tərəfindən prezident seçkilərinə hazırlıq işləri çox yüksək səviyyədə davam edir:
 
"İmza toplama başa çatıb, məşvərətçi və müşahidəçilər artıq yerləşdirilib, hər şey qaydasındadır. Hər hərbimiz yüksək səviyyədə prezident seçkilərinə hazırlaşırıq". 

Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR