Bu avtomobillər qeydiyyata alınmayacaq - Rəsmi

Bu avtomobillər qeydiyyata alınmayacaq - Rəsmi

Artıq texniki nasaz olan avtomobillər dövlət qeydiyyatına alınmayacaq.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərkən məlumat verib.


K.Əliyev bildirib ki, qanunvericiliyə əsasən, indiyə qədər avtomobil nasaz olsa da qeydiyyata alınmalı idi:

"Qanunvericilikdə texniki vəziyyətindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması göstərilirdi. Avtomobil texniki cəhətdən nasaz olsa da, onu qeydiyyata almamağa səlahiyyətimiz yox idi. Bu dəyişiklik onu göstərir ki, nəqliyyat vasitəsi texniki baxışdan keçməmiş avtomobildirsə, texniki cəhətdən nasazdırsa, qeydiyyata alınmayacaq. Avtomobilin yeni sahibi isə nəqliyyat vasitəsini texniki nasaz vəziyyətdə istifadə edə bilməyəcək. Avtomobil yalnız saz vəziyyətə gətiriləndən sonra qeydiyyata alınacaq”.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.


OXŞAR XƏBƏRLƏR

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...