Bu adada uşaq doğmaq qadağan edilib

Bu adada uşaq doğmaq qadağan edilib
Braziliyanın Fernando de Noronha adasında 12 ildir ki, uşaq doğmaq qadağan edilib.

3 min əhalisi olan adada 12 ildən sonra ilk dəfə bir körpə dünyaya gəlib. 22 yaşlı qadın qız uşağı doğub.

Adını gizli saxlayan qadın "O Globo”ya açıqlamasında bildirib ki, hamilə olduğunu hiss etməyib və başa düşəndə artıq gec olub:
"Cümə gecəsi sancılarım başladı. Sonra doğdum. Bir qız körpəsi dünyaya gətirdim. Sanki dilim tutuldu”.

Körpə sonradan bir xəstəxanaya aparılıb. Rəsmilər doğuşu təsdiqləyiblər və qadının evdə doğduğunu bildiriblər. Yerli sakinlər körpənin dünyaya gəlməsini sevinclə qarşılayıblar.

Ada dünyanın ən gözəl sahillərindən birinə sahibdir. Adada sualtı ehtiyatları qorumaq üçün əhali sayı məhduddur. Uşağa qalan qadınlar adadan sahilə çıxırlar.  Fernando de Noronhada doğum evi yoxdur./Ölkə.Az
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...