Brilliantdan Təranənin “ulduzu sönüb” fikrinə cavab: O kimdir? - VİDEO

Brilliantdan Təranənin “ulduzu sönüb” fikrinə cavab: O kimdir? - VİDEO

Qalmaqallı prodüser Təranə Səmədova"ATV maqazin onlarla” proqramının"Onlarla 3 dəqiqə” rubrikasında Xalq artisti Brilliant Dadaşova haqqında gözlənilməz ifadələr işlədib.

Oxu.Azxəbər verir ki, müxbirin ünvanladığı "Hansı məşhurun ulduzu sönüb?” sualına T.Səmədova belə cavab verib:

"Brilliant Dadaşovanınsənətini çox sevirəm. Amma indi düşünürəm ki, o qədər də gündəmdə deyil, parlamır”.

Onun sözlərinə görə, indi elə sənət sahibləri gündəmdə, trenddədir ki, işləmələrinə ehtiyac qalmadığını düşünürlər.

Qalmaqallı olayla bağlıOxu.Az-ın əməkdaşı Brilliant Dadaşova ilə əlaqə saxlayıb. Xalq artisti sualı eşidər-eşitməz tanımadığı insanların onun haqqında fikir bildirməsinə əhəmiyyət vermədiyini bildirib.

 

 




OXŞAR XƏBƏRLƏR