Brend mağazaların ölkədən çıxması nələrə səbəb ola bilər?

Brend mağazaların ölkədən çıxması nələrə səbəb ola bilər?
İqtisadi böhranın ilkin mərhələsində varlılar artıq Bakını qoyub qaçırlar. Eyni zamanda, ölkədə varlıların alış-veriş etdikləri bir sıra geyim mağazaları da bağlandı. Getdikcə isə bu proses davam etməkdədir. Mövcud vəziyyət ölkə iqtisadiyyatını hara aparacaq?
Məsələ ilə bağlı musavat.com-a iqtisadi ekspert Rəşad Həsənov bildirib ki, ölkədə əhalinin alıcılığı əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb: “Əhalinin gəlirlərində əvvəlki illərlə müqayisədə ciddi şəkildə azalma baş verib. Xüsusilə, onu da nəzərə almaq lazımdır ki, büdcə təşkilatlarında, müxtəlif vəzifələrdə çalışanların gəlirlərində ciddi azalma baş verib. Bunun da səbəbi artıq Maliyyə Nazirliyinin xərc istiqamətlərinə ciddi şəkildə nəzarət etməsidir. Yalnız məcburi xərclər ödənilir ki, burada da korrupsiya imkanları kifayət qədər məhduddur. Eyni zamanda verilən paketlər də dayandırılıb. Bir sözlə, rahat şəkildə alınan gəlirlər azaldığı üçün brend markalı məhsullara da tələbat aşağı düşüb. Bütün bunlarla yanaşı Vergilər Nazirliyi də nəzarəti sərtləşdirir. Büdcə gəlirlərində neftdən daxilolmaların həcmi azaldıqdan sonra məcburi şəkildə digər gəlir mənbələrindən daxilolmaları artırmaq məqsədi ilə cəhdlər göstərilir. Bunun da  nəticəsində, sahibkarlara hansısa formada fəaliyyətlərini leqallaşdırma formaları ortaya qoyulur. Belə olduqda isə xərclər böyüyür və mağazalar bağlanır”.
Ekspert bildirib ki, brend məhsulları ölkəyə gətirilən zaman buradan da xaricə dollar axını baş verirdi: “Hazırda bu məhsullara tələbatın aşağı düşməsi, ölkədən dollar axınını müəyyən qədər azaldacaq. İmkanlı adamların bir qisminin müəyyən səbəblərdən ölkəni tərk etməsi isə bütün dövrlərdə baş verən hadisədir. Təbii ki, böhran və ya hansısa siyasi problemlər ortaya çıxdığı zaman bu hal daha da sürətlənir. Bu kimi hallarda isə ölkədən çıxan insanlar təbii ki, özləri ilə manat aparmırlar. Sərvətlərini dollar şəkilində aparırlar. Bu isə ölkədən dollar çıxışına təsir göstərən amildir. Əgər brend mağazaların ölkədən çıxması, xaricə dollar axınının qarşısını alırsa, imkanlı şəxslərin Azərbaycandan getməsi zamanı isə bunun əksi baş verir”.
İqtisadi ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında bildirib ki, bütün proseslərin manata təsiri var, amma ən böyük təsir neftlə bağlıdır, xarici ticarətin və tədiyyə balansının azalmasına görədir: “Məhz bu səbəbdən manat zəifləyəcək. Qiymət artımına təsir edən əsas amil devalvasiyadır. Hələ indi bu proses iqtisadiyyat tərəfindən həzm edilir, qiymətlər qalxır. Əvvəl inzibati üsullarla qiymətə nəzarət edirdilər. İndi isə bu, mümkün deyil”. 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...