“Bozbaş pictures”in Fəlakəti evlənir: “Tamam başqa sahənin adamıdır”

“Bozbaş pictures”in Fəlakəti evlənir: “Tamam başqa sahənin adamıdır”
 "Bozbaş Pictures”in Fəlakəti Elşən Orucov subaylığın daşını atmaq fikrindədir.

Sfera.az xəbər verir ki, bu barədə yenicag.az-a açıqlama verən aktyor 2018-ci ildə toyunun olacağını deyib: "Komandamızda demək olar ki, hər kəs evlidir, Azər Baxşəliyevlə məndən başqa. Azər nişanlıdır. Elə mən də bu il subaylığın daşını atmaq fikrindəyəm”.

Maraqlıdır, görəsən Elşənin seçdiyi qız pərəstişkarlarından deyil ki?

Aktyorun cavabı belə olub: "Pərəstişkarlarım məni yox, Fəlakəti sevirlər. İşlə şəxsi həyatı qarışdırmıram. Sevdiyim qız tamam başqa sahənin adamıdır. İnşallah, toyum olanda, hamı biləcək. Bu günah deyil ki, gizlədim”.

E. Orucov seçim edərkən, xarici deyil, daxili gözəlliyə önəm verdiyini də gizlətməyib: "Təbii ki, mənim üçün gözəllik də önəmlidir, amma xasiyyət pis olandan sonra, o gözəllik də adamın gözünə görünmür. Buna görə də fikirləşirəm ki, xasiyyət birincidir. Əgər içi gözəldirsə, mütləq üzünə vuracaq”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...