Boşanmalara səbəb olan hormonlar - Bu aylarda...

Boşanmalara səbəb olan hormonlar - Bu aylarda...
Son illərdə boşanmaların sayı bütün dünyada kəskin şəkildə çoxalıb. Bunun səbəbləri araşdırılsa da, dəqiq cavab tapılmayıb. Aparılan araşdırmalarda əsəb və stressin buna səbəb olduğu fikri ön plana çıxır.
 
Sfera.az bildirir ki. avstraliyalı alimlər isə məsələyə yeni bir baxış bucağı gətiriblər. Onların fikrincə stres hormonları cütlükləri ayırmaqla yanaşı, həm də onları mehribanlaşdırır. Belə ki, yaz aylarından etibarən stress hormonlarındakı dəyişikliklər cütlüklərin bir-birləri ilə mehriban rəftar etməsinə səbəb olur.
 
Bu adrenalin və noradrenalinin əsəb sisteminin uclarına təsir edərək, insanlardakı serotonin hormonunun aktivləşməsinə gətirib çıxarması ilə baş verir.
 
Seratonin - kimyəvi quruluşuna görə biohgen amin turşularının triptamin adlanan sinfinə daxil olan sevinc hormonudur. Epifizdən ifraz olunur. İfraz olunması azaldıqda qan damarları daralır, çoxalanda isə genişlənir. Onun ifraz olunması azaldıqda, əsasən, insanın gözünə müxtəlif varlıqlar (ruh, kabus və s.) görünür. Çox zaman stress, yorğunluq və ac qalmaq onun ifraz olunmasını azaldır. Tərkibində amin turşuları olan qidalar (pendir, qara şokolad və s. ), triptapin adlanan amin turşusu ehtiva edən qidalar (banan, süd, balıq, əncir, pomidor və s. ) seratoninin səviyyəsini yüksəldir.

Nihat Hüseynzadə


OXŞAR XƏBƏRLƏR