Bolqarıstanın Baş naziri Azərbaycana gəlib

Bolqarıstanın Baş naziri Azərbaycana gəlib
 Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana səfərə gəlib.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya gələn B.Borisovun səfəri yanvarın 16-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında mal dövriyyəsi 2017-ci ilin yanvar-noyabr aylarında 35,453 milyon dollar təşkil edib.

İki ölkə arasında, həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar var.

OXŞAR XƏBƏRLƏR