BNA necə narazılıq yaradır? - NARAZILIQ

BNA necə narazılıq yaradır? - NARAZILIQ
Tanınmış jurnalist Ramil Məmmədli idarə etdiyi aftomobilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən əsassız cərimə yazılması ilə bağlı fikirlərinı Azinforum.az-la bölüşüb. Jurnalistin bizə ünvanladığı şikayəti olduğu kimi təqdim edirik:

"Aprelin 12-də Bakı Nəqliyyat Agentliyindən (vasitəçi qurum AsanPay) mobil nömrəmə bildiriş daxil oldu. Bildirişə əsasən, mənə Bakı Nəqliyyat Agentliyinin (BNA) 0177206 saylı protokolu üzrə cərimə yazılıb. Məsələni aydınlaşdırmaq üçün BNA-nın 012 404 41 20 nömrəli telefonu ilə əlaqə saxladım. Bəlli oldu ki, aprelin 11-də mən avtomobili saxlayarkən dayanma-durma qayıdasını pozmuşam və buna görə də 20 manat cərimə olunuram. İradımı telefonda danışdığım BNA-nin nümayəndəsinə çatdırdım. Amma görünən odur ki, bunun hər hansı faydası yoxdur. Çünki BNA-da dayanma-durma qaydasının müəyyənləşdirilməsinə və Bakıdakı real vəziyyətə məntiqi yanaşma yoxdur. Mənim kimi hər gün onlarla, bəlkədə yüzlərlə sürücüyə bu cür "məntq”lə cərimə yazılır. Məsələnin ən acınacaqlı yeri də odur ki, BNA-da da bu "məntiq”ə və ya elə məntiqsizliyə haqq qazandırırlar.

İradım nədən ibarətdir və niyə cərimənin yazılmasına etiraz etdim?

Yuxarıda qeyd etdiyim kimi bəlli oldu ki, aprelin 11-də mən avtomobili saxlayarkən dayanma-durma qayıdasını pozmuşam və buna görə də 20 manat cərimə olunuram. Ancaq harada, hansı şəraitdə və saat neçədə? 
Demək, aprelin 11-də saat 23.00 radələrində Bakının Nəsimi rayonu, Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsindəki işıqforu "Olimpik star” əyləncə mərkəzinə istiqamətdə keçdikdən təxminən 50 metr sonra sonra mobil telefonuma zəng gəldi. Bu zəngə cavab vermək məcburiyyətində olduğumdan avtomobili sağa çəkib saxladım və qısa vaxt kəsiyində danışığımı yekunlaşdırıb, yola davam etdim. BNA-nın mütəxəssisləri isə bu müddəti qanun pozuntusu hesab edərək, cərimə etmək qərarına gəliblər.

Niyə, bu vəziyyətdə sürücüyə cərimə yazılmamalıdır?

Yolda maşın sıxlığı yox idi.
Saat 23.00 keçdiyindən yolun həmin hissəsində saxlamaqla hərəktə mane olunmurdu.
Ən əsası hesab edirəm ki, adətən gecə saatlarında, xüsusən də tıxaca səbəb olacaq bir hərəkət edilmirsə məcburiyyətdən avtomobilini yol kənarında bir neçə dəqiqəlik saxlayan və maşını tərk etməyən sürücüyə cərimə tətbiq olunması məntiqsizlikdir. Ümumiyyətlə, "Anam mənə kor deyib, gəl gedənə vur deyib” prinsipi ilə vətəndaşa – sürücüyə yanaşmaq yanlışdır. BNA-ya qədər belə işləri həyata keçirən qurumların taleyinin nə ilə bitdiyinin şahidi də olmuşuq.

Son olaraq, buradan Bakı Nəqlyyat Agentliyinə müraciət edirəm: 
Mən o cəriməni ödəyəcəyəm, buna imkanım da var. Digər tərəfdən bu məbləğə görə sizinlə məhkəmədə çəkişmək fikrim də yoxdur. Ancaq unutmayın ki, sizin dayanma-durma ilə bağlı bu cür məntiqsiz yanaşmanıza nə mən nə də minlərlə sürücü haqq qazandırmayacaq və gördüyünüz xeyirli işlərin də üzərindən xətt çəkəcək…”

Səslənən fikirlərlə bağlı BNA-nın da mövqeyini dərc etməyə hazırıq. 

OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...