BMT-nin baş katibi Çin dövlət başçısı ilə uyğur türklərinin vəziyyətini müzakirə edib

BMT-nin baş katibi Çin dövlət başçısı ilə uyğur türklərinin vəziyyətini müzakirə edib
 

BMT Baş katibi Antonio Qutyerreş Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündə ölkədəki insan hüquqlarının vəziyyətini, eləcə də uyğur türklərinin haqlarının pozulmasını müzakirə edib.

 

Türkiyənin NTV telekanalı xəbər verir ki, bunu BTM Baş katibinin sözçüsü Stepan Dujarrik bildirib.

 

Onun sözlərinə görə, Antonio Qutyerre "Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumuna qatılmaq üçün Pekində səfərdə olub.

 

O, Si Cinpinlə görüşdə Çinin Sincan Uyğur Muxtar Rayonunda "təhsil düşərgəsi” adı verilən mərkəzlərdəki uyğur türklərinin məsələsini gündəliyə çıxarıb.

 

Qeyd edək ki, müsəlman uyğur türklərinə qarşı Çin hakimiyyətinin yürütdüyü assimilyasiya siyasəti ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Bu yaxınlarda İndoneziya "siyasi yenidən tərbiyələndirmə düşərgələri" barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb.

 

Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.

 

Xatırladaq ki, ABŞ Dövlət Departamenti rəsmi nümayəndəsinin müavini Robert Palladino uyğurların sıxışdırılmasına görə Çinə qarşı yeni sanksiyaların tətbiq edəcəklərini istisna etmədiyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...