“Biz Azərbaycanla müharibəyə hazırıq”- David Babayan

“Biz Azərbaycanla müharibəyə hazırıq”- David Babayan
"Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsi onu göstərir ki, biz hansı dövlətlə üz-üzəyik. Biz müharibədən qorxmuruq.”
 
Sfera.az  xəbər verir ki, bu sərsəm bəyanatı qondarma "dqr” prezidentinin mətbuat katibi David Babayan verib. Onun sözlərinə görə son zamanlar cəbhə xəttində gərginlik azalmışdı. "Ancaq baxaq görək Azərbaycan 2018-ci ildə neçə hərbi təlim keçirib. Bəllidir ki, onların hədəfi Qarabağ və Ermənistandır. Biz həqiqətən də hansı gücə malik bir ölkəylə üz-üzə olduğumuzu bilməliyik. Amma biz bundan qorxmuruq. Biz inkişaf edirik və müdafiəmizi gücləndiririk. Biz müharibəyə hazırıq.”
 
Ermənilərin bu bəyanatı səbəbsiz deyil. Azərbaycan son dövlərin ən böyük hərbi təlimini keçirəcək. 11-15 mart tarixlərində 10 min şəxsi heyyətin, 500 tankın, zirehli texnikanın, avtomobil və xüsusi texnikanın, müxtəlif kalibrli üç yüzədək artilleriya raket qurğularının, iyimiyədək hərbi təyyarənin iştirakıyla baş tutacaq təlim hücum məqsədli və şərti düşmənə bir neçə istiqamətdə zərbə vurmaq, müdafiə xəttini yarmaq üzərində qurulub. Ermənilər Azərbaycan ordusunun gücünə bələd olduqlarından belə təlimlər onlarda qorxu yaradır. Ona görə də, ermənilər xislətlərinə xas açıqlamalar verməyə məcbur olurlar.


OXŞAR XƏBƏRLƏR