Bitkoinlər plastik əsginas formasında satılacaq

Bitkoinlər plastik əsginas formasında satılacaq
Artıq bitkoinlər plastik əsginas formasında satılacaq.

Sinqapur mağazası olan "Megafash Suntec City" belə bir qərar qəbul edib.

Bildirilir ki, artıq bitkoinlərin plastik əsginas formasında satışına başlanılıb. Qeyd olunan valyutanı 2 formada almaq mümkündür: 0,01 və 0,05 ВТС.

Məlumata görə, plastik əsginaslar İsveçrənin "Tangem" startapı tərəfindən hazırlanıb.

Qeyd edək ki, bu əsginaslardan istifadə etmək üçün istifadəçiyə yalnız NFC texnologiyasını dəstəkləyən smartfon lazımdır./TREND
 

OXŞAR XƏBƏRLƏR