Biri əsgər gedəcəkdi, 3-ü də qapıbir qonşusu idi… – Leriki yasa boğan qəza

Biri əsgər gedəcəkdi, 3-ü də qapıbir qonşusu idi… – Leriki yasa boğan qəza
Ötən gün Masallıda baş verən və 8 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası uzun müddət yaddaşlardan silinməyəcək.

Sfera/.az "Qafqazinfo”-ya istinadlaxəbər verir ki, sözügedən qəza 3 ailənin faciəsi ilə sonlanıb.

Ölənlərdən 3-ü bacı-qardaşdır. Bunlar Qoşmalıan kənd sakinləri Gültac və Aytac Məmmədovalar, qardaşları Elgün Məmmədovdur. Adıçəkilən mərhumlar qəzaya düşən "Mersedes Benz Vito”nu idarə edən Nizami Mustafayevin qapıbir qonşuları olublar.

Qəza nəticəsində digər vəfat edənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu isə Xocadoy kənd sakinləri olublar. Əldə edtiyimiz məlumata görə, ata və oğulları yaxın günlərdə kənddə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxmışdılar.

Qəzada yaralanan Tağıyeva Miranə isə Kərvəz kəndindədir. O, qəzadan yaralı qurtulsa da, 3 yaşlı övladı Rufullayev Ayxan Natiq oğlu hadisə yerində keçinib.

Hazırda Bakıda müalicə aldığı deyilən Minarənin qardaşı Tağıyev Əlizahir Atalı oğlu da qəza nəticəsində həlak olub. Kənd sakinləri onu Rəşad adı ilə tanıyıb. Yaxınlarının bildirdiyinə görə, o, yaxın vaxtlarda hərbi xidmətə gedəcəkdi.

"Mersedes Benz Vito”nun sürücüsü Nizami Mustafayevə gəlincə, kənd sakinlərinin verdiyi məlumata görə, o, mehriban biri olub. Uzun müddət idi ki, Bakı-Lerik və əks istiqamətdə sərnişindaşıma ilə məşğul olurmuş. Hazırda həbs edilən 35 yaşlı sürücünün 4 övladı var.


OXŞAR XƏBƏRLƏR

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...