“Bir xəstə gündə 42 nəfəri yoluxdura bilir“ - Professor həyəcan təbili çalır

“Bir xəstə gündə 42 nəfəri yoluxdura bilir“ - Professor həyəcan təbili çalır

"Küçədə heç kimlə görüşməyin, insanlarla canlı ünsiyyətdən yayının. Türkiyədə koronavirus qurbanlarının sayı 30 nəfərə çatıb. Qarşıda bizi daha çətin günlər gözləyir. Koronavirus infeksiyasına yoluxan xəstələrin səhhəti qarşıdakı günlərdə daha da ağırlaşacaq”.

 

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin Habertürk televiziyasının qonağı olan professor Alpay Azap açıqlayıb. Koronavirusla mübarizə məqsədilə yeni yaradılmış dövlət komissiyasının üzvü olan Azap bildirib ki, onların insanları "ev dustağı” etmək kimi bir niyyətləri yoxdur: "Sosial təcrid yeganə çıxış yoludur. Bir viruslu xəstə 15 gün ərzində 625 nəfəri virusa yoluxdura bilir. Bu isə o deməkdir ki, bir nəfər gündə 41-42 nəfəri xəstələndirə bilər. Buna görə də insanlara evdə qalmağı tövsiyə edirik”.

Professor koronavirus infeksiyasının 3 saat havada qalmasıyla bağlı iddialara da münasibət bildirib. Qeyd edib ki, deyilənlərin heç bir elmi əsası yoxdur: "Virus havada qalmır, onun daşıyıcısı olan şəxs iki metr məsafə qət etməmiş torpağa düşür. Amma reanimasiyada olan xəstələrdən yayılan virus ən azı 3 saat havada qala bilir. Buna görə də onlar cəmiyyətdən təcrid olunaraq, reanimasiyada saxlanılır”.

Alpay Azap onu da deyib ki, insanlar sosial izoliyasiya tədbirlərinə soyuq yanaşsalar, koronavirus infeksiyasına yoluxma kütləvi xarakter alacaq: "Türkiyədə fəaliyyət göstərən səhiyyə ocaqlarında kütləvi yoluxmayan məruz qalmış xəstələrin hamısını müalicə etməyə şərait yoxdur”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...