Bir dəfəyə 10 uşaq dünyaya gətirməsi yalan imiş... - 37 yaşlı qadından inanılmaz dələduzluq

Bir dəfəyə 10 uşaq dünyaya gətirməsi yalan imiş... - 37 yaşlı qadından inanılmaz dələduzluq
Cənubi Afrikada Qosiam Tamara Sitol adlı qadının bir dəfəyə 10 uşaq dünyaya gətirməsi xəbəri yalan çıxıb.
 
Sfera.az bildirir ki, mediada sözügedən qadının uşaqlarının heç bir fotosunun olmaması şübhələrə səbəb olub. Ardınca Qosiam Tamaranın həyat yoldaşı Tsotetsi polislərə uşaqlarını heç görmədiyi barədə məlumat verib və hadisənin real tərəfi bəlli olub. Belə ki, qadın 10 uşaq doğması haqqında yalan deyərək qohumlarından yardım toplayıb, pulları alandan sonra isə yoxa çıxıb. Daha sonra Qosiam polislər tərəfindən tutularaq qadın sığınma evinə göndərilib.

Məlum olub ki, 37 yaşlı qadın müxtəlif aparatlardan istifadə edərək qarınını şişirib və bu yolla insanları aldada bilib. Digər tərəfdən Cənubi Afrikadakı bəzi media orqanları qadının əslində hamilə olduğunu, lakin 10 uşaq deyil, daha az uşaq dünyaya gətirdiyini iddia edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR