Bir boşqab qarpız yesəniz…

Bir boşqab qarpız yesəniz…

Bir boşqabında 50-60 kalori olan qarpız, yayda həm sərinlik verir, həm də şəkərə olan ehtiyacı qarşılayır.

Sfera.az-ın məlumatına görə, qarpız Ramazanda da iftar süfrələrində daha çox istifadə olunan meyvələrdən biridir. Bu giləmeyvənin insanların sağlamlıq vəziyyətinə, boy və çəkisinə təsir etdiyini söyləyən, pəhriz mütəxəssisi Serap Gözəl qarpızdan istifadə edərkən diqqətli olmağı vurğulayıb.

Yay fəslində həm yüngül, həm də sağlam bir yemək üçün qarpız gün ərzində qidalarımıza əlavə oluna bilər. Amma qarpızın da tərkibinə hər meyvə kimi fruktoza (meyvə şəkəri) daxildir və kalorili meyvədir. Gündə təxminən 2-3 boşqab qarpız istifadə edilə bilər, amma bu say, qarpızdan istifadə edən şəxsə görə dəyişə bilər. Şəkər xəstələri bu meyvədən çox istifadə etməməlidirlər. Qarpız çox sulu meyvə olduğu üçün böyrək xəstələrinin diqqətlə istifadə etmələri lazımdır. Şəkər xəstələri qarpızdan istifadə edərkən miqdarına diqqət yetirməlidirlər. Çünki meyvə şəkəri, qan şəkərini yüksəldir.

Qarpızın faydaları:

Gündəlik meyvə ehtiyacını qarşılayır.

Lif yaratdığı üçün bağırsaqları işlədir.

Su əmələ gətirdiyi üçün gündəlik istifadə olunan maye ehtiyacını ödəyir.

C vitamini və folik turşu yüksəkdir. C vitamini xəstəliklərə qarşı qoruyucudur, ən yaxşı antioksidant vitaminlərdən biridir.

Qırmızı meyvələr iltihabı azaldır və bu meyvələrin tərkibinə antioksidan xüsusiyyətlərə sahib bəzi flavonoidlər daxildir. Qarpız buna görə, xəstəliklərə qarşı qoruyucu və immuniteti gücləndiricidir.

Qeyd edək ki, qırmızı meyvələrdə antosiyanin və likopen yüksəkdir və bunlar ürək xəstəlikləri, infarkt və bəzi xərçəng növlərinə qarşı qoruyucudur.

(Qadınklubu.com)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...