"Bəzi icra başçılarının məsuliyyətsiz davranışı ciddi narazılıq simptomları yaradır" - RƏYLƏR

"Son dövrlər icra başçılarının qeyri-qanuni hərəkətlərə, rüşvətxorluq və korrupsiyaya yol verdiklərinə dair ciddi faktlar ortaya çıxıb. Belə bir zaman kəsiyində isə onları müəyyənləşdirmək, dəqiqləşdirmək və əməliyyat keçirmək funksiyasını Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yerinə yetirməkdədir”.

Bunu "Report”a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, DTX tərəfindən bütün addımlar və hərəkətlər yüksək peşəkarlıqla həyata keçirilir: "Cəmiyyət tərəfindən də bütün bu addımlar yüksək qarşılanır və dəyərləndirilir. Vaxtı ilə cənab Prezidentin DTX-yə Əli Nağıyevi təyin edərkən mətbuatda bununla bağlı ilk açıqlamanı verənlərdən biri mən oldum. Əli Nağıyevi tanıdığım bir insan kimi onun şəxsi keyfiyyətlərini, peşəkarlığını önə çəkərək cənab Prezidentin ən uğurlu təyinatlarından biri kimi dəyərləndirdim. Əli Nağıyev yüksək peşəkarlığı özündə əks etdirən, dövlətçiliyə bağlı olan zabitdir. O, DTX-yə rəhbər təyin olunduğu bir zamandan vaxtilə bu sistemə vurulmuş olan zərbəni aradan qaldırmağa başladı və DTX-nin nüfuzunu qısa bir zaman kəsiyində bərpa etdi. Bu gün DTX cəmiyyətimizdə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin ön sırasında dayanır. Aparılan əməliyyatlar da kifayət qədər uğurlu və arqumentlidir”.

 

Milli Məclisin deputatı Fəzail Ağamalı

 

F.Ağamalı həmçinin qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir:

"Bütün dünyada tüğyan edən COVID-19 pandemiyası digər ölkələrdə olduğu kimi Azərbaycanda da özünün mənfi təsirlərini göstərməkdədir. Ölkə başçısı özünün bütün potensialını, gücünü səfərbər edərək pandemiyadan az itkilərlə çıxmaq üçün böyük səylər göstərir. Biz bunun müsbət nəticələrini də görməkdəyik. Azərbaycan bu baxımdan dünya miqyasında pandemiyaya qarşı ciddi mübariz aparan ölkə kimi dəyərləndirilir və qiymətləndirilir. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan hökuməti və bütün strukturları üzərilərinə düşən vəzifələri yüksək səviyyədə həyata keçirirlər. Lakin təəssüflər olsun ki, mənəviyyatını, əxlaqi dəyərlərini itirmiş, indiki çətin durumda xalqın yanında olmaq, ona yardım etmək əvəzinə yenə də öz ənənələrindən əl çəkmirlər. DTX-nin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Həmin icra başçıları xalqın hüquqlarını tapdalamaqla, sahibkarlığa ciddi şəkildə mane olmaqla, insanların mülkiyyətini mənimsəməklə özlərinə külli miqdarda vəsait yığmaqla, dünyanın ayrı-ayrı yerlərində böyük mülklərə sahib olmaqla məşğuldurlar. Bunlar üçün bütün dəyərlər itib. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. Belə insanların ifşa olunmasında hüquq-mühafizə orqanlarının işini yüksək qiymətləndirirəm”.

 

Deputat Fazil Mustafa

 

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa isə "Report”a deyib ki, Əli Nağıyev DTX-nin rəhbəri təyin olunduqdan sonra qurumun imicini qısa müddətdə dəyişdi: "Ən çox reputasiyasını itirən qurum keçmiş Milli Təhlükəsizlik Nazirliyi idi. Əli Nağıyevin rəhbərliyi ilə qurum artıq vətəndaşı təqib edən, sahibkarların boğazına çökən bir təşkilatdan dövlətin təhlükəsizliyini qoruyan təşkilata keçdi. Ona görə də DTX-nin bu istiqamətdə atdığı bütün addımları dəstəkləmək lazımdır”.

F.Mustafa deyib ki, indiki pandemiya dövründə bəzi icra başçılarının, məmurların məsuliyyətsiz şəkildə davranışı ölkədə ciddi bir narazılıq simptomları yaradır: "Bunun da qarşısını almaq üçün hüquq-mühafizə orqanları ən həssas fəaliyyətdə olmağı özlərinin borcu saymalıdırlar. DTX tərəfindən də belə bir əməliyyatların keçirilməsini yüksək qiymətləndirirəm”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...