Beyons həyat yoldaşı ilə dünyanın ən lüks yaxtasında - FOTOLAR

Beyons həyat yoldaşı ilə dünyanın ən lüks yaxtasında - FOTOLAR
Məşhur müğənni Beyons həyat yoldaşı, repçi Jay-Z və dostları ilə birlikdə istirahətə yollanıb.
 
Sfera.az bildirir ki, ifaçı ötən gün dünyanın ən varlı iş adamlarından olan Ceff Bezosa məxsus nəhəng yaxtası ilə Aralıq dənizi turunda görüntülənib. Cütlüyə aktyor Riçard Lavson da qoşulub.

Beyons və Jay-Z-nin yaxtaya yarım milyon dollar xərclədiyi bildirilib. 

Məlumata görə, 354 milyon dollar dəyərində olan yaxta, sahibinə 500 milyon dollar civarında gəlir gətirir. Onu daha çox lüks tətil etmək istəyən tanınmış şəxslər, iş adamları kirayələyir.

Xatırladaq ki, 2008-ci ildən repçi Jay-Z ilə evli olan Beyonsun Blue Ivy, Rumi və Sir adlı üç övladı var.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR