Beynəlxalq yarışda dava: idmançılar bir-birinin boğazını kəsib

Beynəlxalq yarışda dava: idmançılar bir-birinin boğazını kəsib

Azərbaycanlı idmançıların da iştirak etdiyi ağırlıqqaldırma üzrə dünya çempionatında dəhşətli hadisə baş verib.

Sfera.az xəbər verir ki, Tiflisdə keçirilən dünya çempionatının ikinci günündə gürcü idmançılar arasında dava düşüb. Adı açıqlanmayan 22 yaşlı gürcü idmançı həmkarlarından birinin boğazını kəsib, daha sonra bıçaqla onun qarın boşluğuna ardıcıl zərbələr endirib. Ümumilikdə 4 nəfəri bıçaqlayan idmançı sonda olay yerindən qaçıb.

Hadisə şahidlərinin saytımıza verdiyi məlumata görə, bıçaqlanan idmançının yaxınları tapançalardan istifadə ediblər. Havaya atılan güllələrdən biri isə qapalı məkanda sıçrayaraq, gəncləri ayırmağa çalışan daha bir şəxsi yaralayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi cinayətdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirdiyini açıqlayıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...