Beynəlxalq Bank niyə özəlləşdirildi? - VİDEO

Beynəlxalq Bank niyə özəlləşdirildi? -  VİDEO

Azərbaycanın ən böyük Bankı olan Beynəlxalq Bank ətrafında yeni prosseslərə start verilib. Bir müddət əvvəl öz ərazisilə işdən kənarlaşan Cahangir Hacıyevdən sonra bank ətrafında qalmaqallar da dərinləşmişdi. 

Bankın problemli kreditləri o həddə çatmışdı ki, hətta bu, aldığı krediti qaytara bilməyən biznesmenlərin həbsinə qədər gedib çıxmışdı. Amma qurumun maliyyə vəziyyəti düzəlmədi. Ən son qərar isə bankın özəlləşdirlməyə çıxarılmasıdır. Bəs bunu zəruri edən səbəblər nədir?

Sfera.az-ın ans-ə istinadən məlumatına,  ölkənin ən böyük maliyyə təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı özəlləşdirilir. Bununla bağlı prezident İlham Əliyevin fərmanında qeyd olunur ki, son illər bankın idarə edilməsində və investisiya-krediti siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olub. 

Yaranmış vəziyyətin aradan qaldırılması üçün Beynəlxalq Banka məxsus problemli aktivlər mərhələli şəkildə likvid vəsait müqabilində dövlətə məxsus “Aqrarkredit” QSC-nin idarəetməsinə veriləcək.

Sağlamlaşdırma tədbirləri həyata keçirildikdən sonra bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını altı ay müddətində hazırlanıb prezidentə təqdim ediləcək.

“Dövlət bankı olma hesabına Beynəlxalq Bank ona verilən bəzi üstünlüklərdən istifadə edirdi. Nəticədə digər banklar üçün əlçatmaz olan maliyyə vəsaitlərini Beynəlxalq Bank əldə edə bilirdi. Bu baxımdan da Beynəlxalq Bankın özələşdirməsini müsbət addım kimi qiymətləndirirəm. Eyni zamanda bu bank sektorunda rəqabətin yaranması istiqamətində atılmış növbəti bir addımdır”, – deyə ekspert Samir Əliyev bildirib.

Beynəlxalq Bankın bazar payı, təxminən 40%-ə yaxındır, səhmlərinin 55 faizi dövlətə məxsus bu bank vasitəsilə mühüm dövlət layihələri icra edilirdi. Lakin son dövrlər bankda bəzi problemlərin mövcudluğu üzə çıxmışdı. 

Bir qism sahibkarın külli miqdarda kredit götürərək geri qaytara bilməməsi onların həbsi ilə nəticələnmişdi. Onlardan bəzisi kreditlərini ödədikdən sonra azadlığa buraxıldı. Bankın problemli kreditlərinin və ya geri qaytarılan borclarının dəyəri açıqlanmır.

Ekpertlərin hesablamalarına görə, təkcə Beynəlxalq Bankın problemli kreditlərinin həcmi bütün ölkə üzrə olan digər problemli kreditlərin həcmindən daha çoxdur.

Söhbət təxminən bir milyard manatdan gedir. 

Beynəlxalq bankın idarə heyətinin sədri Cahangir Hacıyevin ərizə yazması da yaxın günlərə təsadüf edir. Özəlləşmə ilə bağlı bankın özündən isə hələ ki, heç bir açıqlama yoxdur.

Görünür maliyyə təşkilatı iyulun 22-də idarə heyətinin mühüm toplantısını gözləyir. Həmin yığıncaqda banka yeni sədr seçilməlidir. Vəziyyətdən çıxarılması üçün atılan addım indi halda məqsədə uyğun hesab edilir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...