Bərdədəki ana ölümünün səbəbi açıqlandı - RƏSMİ
15:20 / 19.12.2017
631
Bərdə rayon Doğum Evində baş verən ana ölümünün səbəbi açıqlanıb.
Sfera.az xəbər verir ki, Bərdə rayon Doğum Evinin müdiri Tünzalə Quliyeva Trend-ə bildirib ki, Bərdə rayon Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva qanlı ifrazat və son gəlişlə xəstəxanaya daxil olub. Xəstədə qanlı ifrazat olduğundan onun təcili qeysəriyyə əməliyyatı edilməsi zərurəti yaranıb. Əməliyyat zamanı qadında dölyanı maye embaliyası baş verib. Bu səbəbdən də K.Əliyeva dünyasını dəyişib.
Bildirilib ki, bu, qadının ilk hamləliyi olub.