Bərdədə kanalizasiya quyusu partladı - Yaralılar var - YENİLƏNİB

Bərdədə kanalizasiya quyusu partladı - Yaralılar var - YENİLƏNİB

20:22

Bərdə şəhərində kanalizasiya quyusunda baş verən partlayışın səbəbi məlum olub. 
 
Sfera.az bildirir ki, Bərdə Su Kanalizasiya İdarəsinin rəisi Şəmil Ziyadov APA-ya açıqlamasında deyib ki, vətəndaş Elşən Cavadov evinin qarşısında 6 metrlik kanalizasiya quyusu qazıb. 

O qeyd edib ki, həmin kanalizasiya quyusunun Bərdə Su Kanalizasiya İdarəsinə heç bir aidiyyəti yoxdur, vətəndaşın özü tərəfindən qazılıb: "Bu gün Elşən Cavadovun anası Aşa Cavadova kanalizasiya quyusunun qapağını açıb və quyuya baxmaq üçün ora batareya işığı salıb. Partlayış da məhz bu zaman baş verib. Çünki kanalizasiya quyusunda həmişə metan qazı olur".   
 
Qeyd edək ki, bu gün Bərdə şəhəri, Ədalət Ədilov küçəsi, ev 34 ünvanında həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

----------

19:59

 

Bərdə şəhərində, kanalizasiya quyusunda partlayış baş verib.

Hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Sfera.az APA-ya istinadən xəbər verir ki, xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...