“Belə “Məktəb illəri” arzulamamışdım”: Lalə Məmmədova Elina üçün ağladı – Video

“Belə “Məktəb illəri” arzulamamışdım”: Lalə Məmmədova Elina üçün ağladı – Video
Əməkdar artist Lalə Məmmədova 162 saylı məktəbdə intihar edən Elina Hacıyeva ilə bağlı videoçağırış hazırlayıb.

Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, o, "Facebook” hesabında video paylaşaraq, təəssüfləndiyini bildirib:

"Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir.

Yerin cənnətdir, Elina. Ancaq mən heç kəsə belə "Məktəb illəri” arzulamamışdım. Hərdən düşünürəm ki, Elinanın ölümündə mənim də günahım var. Hər birimiz övladlarımıza "məktəb ikinci evindir" deyirik. Onlar günün yarıdan çoxunu məktəbdə keçirir. Müəllimlik ali peşədir. Əgər sənətinizi sevmirsinizsə, başqa iş tapın özünüzə. Mən də anayam, övladım qarşısında borcum, məsuliyyətim var.

Əziz valideynlər, övladlarınızla dost olun, diqqətsiz qoymayın. Boşanmış ailələrdə kişilər həyat yoldaşından ayrılan kimi, sanki övladlarından da ayrılır. Düzdür, bunu hamıya şamil etmək düzgün deyil.

Elinanın anasının çox ağır yükü var, ömrünün sonunadək daşıyacaq. Analar onun nələr çəkdiyini anlayır. Bu, bizə dərs olmalıdır. Boşansaq belə, övladlarımızı diqqətsiz qoymamalıyıq. Çox həssas yaş dövrü keçirlər. Bu 11 il ərzində formalaşırlar. Orta məktəb müəllimlərinin məsuliyyəti böyükdür. Onlar anlamalıdır ki, hər bir uşaq individualdır. Hər fərdə ayrı yanaşmalıdılar. On üç yaşlı və beş yaşlı körpə qızım var. Nəyisə ötürərəm deyə, vicdan əzabı məni izləyir. Azərbaycanın 10 milyoncu vətəndaşı dünyaya gəldi, amma biz Elinanı itirdik. Günahı olan hər kəs cəzalanacaq. Övladlarımız bizdən dünyaya gəlməyi xahiş etməyib. Onları biz dünyaya gətirmişik. Onlar bizə tanrının əmanətidir. Əmanətə xəyanət olmaz. İnanıram ki, müraciətimdən sonra daha diqqətli olacaqsınız. Keçmiş olsun. Elinanın məkanı cənnət olsun!”

Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edir.

 

 


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...