BDU-da rektorun müşaviri və komendant bıçaqlanıb - YENİLƏNİB

BDU-da rektorun müşaviri və komendant bıçaqlanıb - YENİLƏNİB
Bakı Dövlət Universitetində (BDU) bu gün bıçaqlanan rektor müşaviri və komendantın vəziyyəti normaldır.
 

Bu barədə BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib. Hazırda onlar həkim nəzarəti altındadır.

 

Məlumatda qeyd olunub ki, bu gün saat 11 radələrində Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirilib.

Xəsarət alan hər 2 şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə təqsirli bilinən Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev təqsirkar qismində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. // APA

*** 13:49

BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.

Sfera.az-ın unikal.org-a istinadən məlumatına görə, hadisə Bakı Dövlət Universitetində baş verib. 

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.




OXŞAR XƏBƏRLƏR