BDU-nun yataqxanasında zəhərlənən qızların SON DURUMU

BDU-nun yataqxanasında zəhərlənən qızların SON DURUMU
 

"Bakı Dövlət Universitetinin (BDU) 2 nömrəli yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti stabil olaraq qalır".

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib:

"Kliniki Tibbi Mərkəzdə Həmidə İbadova və Dilrubə Quliyevanın bir müddət müalicəsinə davam ediləcək. Onların evə nə vaxt buraxılması ilə bağlı isə hələ dəqiq tarix müəyyənləşdirilməyib".

Həmçinin bildirilib ki, zəhərlənməyə səbəb barədə məlumat Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, noyabr ayının 20-də Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız qidadan zəhərlənib və bir gün sonra həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri ölüb (Fizika fakültəsinin 4-cü kurs tələbəsi , 1999-cu il təvəllüdlü Şəkər Xasmətova). Digər 2 tələbə isə Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi Dilrubə Quliyeva Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Əlavə edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...