Bazar ertəsi sindromundan necə qurtulaq?

Bazar ertəsi sindromundan necə qurtulaq?

Müasir dövrdə gərgin iş həyatı və uzunsürən iş saatları insanların həyatına birbaşa təsir edir. Bazar ertəsi sindromu beş günlük sıx iş müddəti nəticəsində həyatımıza təsirini göstərir. İki günlük istirahət müddətində işin stressini atan insanlar yeni həftədə eyni qrafikə dönməkdə çətinlik çəkirlər. Sfera.az lent.az-a istinadən mövzu ilə bağlı türkiyəli həkim Mehmet Yavuzun fikrilərini təqdim edir.

İş həyatında böyük bir monotonluq yaşayan insanlar beş günlük gərgin iş saatları nəticəsində iki günlük istirahətlə stresslərini ata bilirlər. Lakin çox vaxt iş-ev arasında keçən bu dövr iş stressi ilə birləşdikdə bazar ertəsi sindromu qaçılmaz olur. Həkim bildirir ki, insanlar həftəsonu alışdıqları rahatlıqdan uzaqlaşıb, yenidən gərgin iş həyatına adaptasiya olmaqda çətinlik çəkirlər: "Bazar ertəsi sindromu deyilsə də, əslində bu böhran halı bazar gecəsindən etibarən başlayır. "Sabah yenə iş başlayır, dincələ bilmədim heç" kimi qayğı yaşayanlar özlərini mənfi istiqamətə kökləyirlər. Bazar ertəsi yalnız bir gün olsa da, yüklənən mənfi hal adama günlərlə təsir edir".
 
Araşdırmalardan biri sübut edib ki, insanlarda bazar ertəsi günündə hiss etdikləri stress əslində çərşənbə axşamı, çərşənbə və cümə axşamı günlərindən toplanır. Müasir dövrün rəqabətli iş həyatı insanlara təsir edir. Zamanla yarışan fərdlər stressli ruh halına bürünürlər. Yalnız pul qazanmaq üçün işləmək insanlara mənfi təsir edir. Mütəxəssis bildirir ki, bu cür insanlar özlərini həyatda məqsədsiz hiss edirlər. Vaxt keçdikcə iş həyatından zövq ala bilmirlər və nəticədə həftəsonu onlar üçün dözülməz hala gəlir: "Bunun digər səbəbi isə yuxu nizamıdır. Yuxu nizamı hər həftə sonu, əvvəlki günlərə nisbətən diqqətə çarpan formada dəyişir. Həftə içi yuxusuz qaldığımız zamanları həftə sonu kompensasiya etməyə çalışırıq. Bu vəziyyət bioloji saatımızın nizamını pozur. Daha çox yuxu həftənin əvvəlində özümüzü daha yorğun hiss etməyimiz və buna görə də bazar ertəsi günləri digər günlərə nisbətən daha çətin oyanmağınıza səbəb olur".
 
Alimlərin fikrincə, insanlar sabit çəkilərini qorusalar belə, bazar ertəsi günləri çəki bir az da olsa artır. Eyni zamanda, bazar ertəsi günləri infarkt halları daha çox baş verir. Qan təzyiqinin ən yüksək olduğu gün də yenə bazar ertəsidir: "Bu mənfi duyğulardan xilas ola bilmək üçün insanlar əvvəlcə hisslərini dəyişdirməlidirlər. Mənfi düşüncələr stress hormonlarına təsir edir. Bunun nəticəsində insanların enerjisi düşür, özlərini yorğun və xəstə kimi hiss edirlər. Həyata və hadisələrə baxış forması çox əhəmiyyətlidir. Bunun üçün də insanların motivasiyasını artıran ictimai fəaliyyətlərlə məşğul olması əhəmiyyətlidir".
 
Bazar ertəsi günü yaşanılan kədərli duyğulardan xilas ola bilmək üçün həmin günü həftəsonuymuş kimi fəal keçirmək olar. Dostlarla görüşüb maraqlı vaxt keçirmək, sevdiyiniz hobbi ilə məşğul olmaq həftənin stressini asanlıqla ata bilər: "Yuxu nizamına diqqət edildiyi təqdirdə insanlar yeni həftəyə daha asan adaptasiya ola bilər. Buna görə də bazar gecələri rahatladıcı bitki çayları için. Eyni zamanda, idman etmək də sizin köməyinizə çatar. Bədəndəki serotonin hormonunu artıran idman insanı daha gümrah və xoşbəxt hiss etdirir. Bütün günü masa arxasında işləyənlər nizamlı idmanı həyatlarına daxil etsələr, bədənlərindəki ağrıların da azaldığını görəcəklər".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...