Bayramov-Mirzoyan görüşündə ATƏT-in Minsk Qrupu buna görə iştirak edib - ŞƏRH

Bayramov-Mirzoyan görüşündə ATƏT-in Minsk Qrupu buna görə iştirak edib - ŞƏRH
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında baş tutan görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak ediblər. Bu, müharibədən keçən 9 ayda xarici işlər nazirlərinin ilk görüşüdür”.
 
Sfera.az xəbər veri ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında videoformatda çıxışı zamanı deyib ki, Azərbaycanla konstruktiv dialoqa hazırdır:

"Paşinyan bildirib ki, 10 noyabr bəyanatının 9-cu bəndinə istinad edərək regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edir. Paşinyan eyni zamanda bölgədə dinc inkişafın vacib şərtlərindən biri kimi iqtisadi əlaqələrin qurulmasını və Türkiyəni Ermənistanla birləşdirən dəmir yolunun açılmasını vacib hesab edib. 

Nikol Paşinyan artıq neçənci dəfədir ki, dialoqdan, əlaqələrin bərpasından, kommunikasiya xətlərinin açılmasından, bir sözlə sülh və sabitlikdən danışır. Azərbaycan da bunu istəyir. Paşinyanın sülh və əməkdaşlıqda nə qədər istəkli olduğunu danışıqlarda müəyyənləşdirmək olacaq. Bu baxımdan Bakı ilə İrəvan arasında müxtəlif səviyyələrdə birbaşa danışıqların başlaması faydalıdır. Biz heç nə itirmirik. Əgər İrəvan danışıqlardan vaxtı uzatmaq məqsədilə istifadə edəcəksə, danışıqlara fasilə veriləcək, bu isə Ermənistanın problemlərini artıracaq”.

Turan Rzayev
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...