“Bax bu, mənim ən böyük arzumdur” - Putin

“Bax bu, mənim ən böyük arzumdur” - Putin

Rusiya prezidenti Vladimir Putin hakimiyyətdə nə vaxta qədər qalmaq niyyətində olduğunu açıqlayıb. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, amerikalı jurnalistin sualını cavablandıran prezident bildirib ki, ölkə konstitusiyasının imkan verdiyi müddətdən daha az hakimiyyətdə qalacaq:“Nə qədər olacağı vəziyyətdən asılıdır. Sözsüz ki, konstitusiyada göstərilmiş qaydalar var ki, onlar heç bir halda mənim tərəfimdən pozulmayacaq. Lakin mən əmin deyiləm ki, bu konstitusiya haqlarından tamamilə istifadə etməliyəm”.Putin həmçinin əlavə edib ki, onun hakimiyyətdə qalma müddəti ölkədəki, dünyadakı konkret situasiyalardan, o cümlədən, onun şəxsi əhvalından asılı olacaq.Rusiya prezidenti özündən sonra güclü iqtisadiyyatı, inkişaf etmiş sosial-siyasi sistemi olan rəqabətədavamlı Rusiya miras qoymaq istədiyini vurğulayıb. Putinin fikrincə, Rusiya dünya arenasında öz maraqlarını qorumağı bacarmalı, həmçinin onun üçün əhəmiyyət daşıyan proseslərə təsir etməyi bacarmalıdır:“Mən istəyirəm ki, Rusiya mənim onu indi təsvir etdiyim kimi olsun. Bax bu mənim ən böyük arzumdur”.

Aysel


OXŞAR XƏBƏRLƏR