Batan bankın qarşısında izdiham

Batan bankın qarşısında izdiham

Ləğvetmə prosesində olan "Bank Standard” QSC-nin əmanətçilərinə bu gündən etibarən kompensasiya ödənişinə başlanması bankın baş ofisinin qarşısında izdiham yaradıb. 
Sfera.az Report-a istinadən xəbər verir ki, buna səbəb "Bank Standard”ın filiallarının müştərilərinin də pulunu almaq üçün baş ofisə üz tutması olub.
Bununla belə, əmanətçilərə izah edilib ki, kompensasiya həm də filiallarda ödənilir və hər bir müştəri əmanət hesabının olduğu filiala üz tutmalıdır. Bundan sonra əmanət sahiblərinin sayında nisbətən azalma müşahidə edilib.
Əmanətçilərin sayının çox olduğu və baş verə biləcək xoşagəlməz hallar nəzərə alınaraq "Bank Standard”ın qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə xeyli sayda post-patrul xidmətinin əməkdaşları, eləcə də təcili tibbi yardım xidməti cəlb edilib. 
Qeyd edək ki, əmanətçilərin pulu növbəyə yazılmaqla qaytarılır. Bunun üçün ilk növbədə onlara Əmanətlərin Sığortalanması Fondunun adına yazılmış kompensasiyanın ödənilməsi haqqında ərizə forması təqdim olunur. Ərizə doldurulduqdan sonra əmanətçiyə ödəniş verilir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...