Krİmİnal

Baş Prokurorluqdan baş redaktorla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan baş redaktorla bağlı AÇIQLAMA
 

Baş Prokurorluq "Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədovla bağlı açıqlama yayıb.

 

Sfera.az-ın məlumatına görə, açıqlamada deyilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş Anar Məmmədov baş redaktoru olduğu "Criminalaz.com” internet saytında və "facebook” sosial şəbəkəsinin özünə aid səhifəsində guya Bakı şəhər prokurorluğunda SOCAR-la əlaqədar məqalələrin dərc edilməsinə irad bildirilməsinə dair yalan informasiyalar yaymışdır:

"Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib edilir. Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, məhkəmənin qeyd edilən hökmü ilə Bakı şəhər prokurorluğunda iş üzrə saxlanılan maddi sübut - "MacbookPro” markalı kompyuterin hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Anar Məmmədova qaytarılması nəzərdə tutulduğundan, sonuncu müraciəti əsasında şəhər prokurorluğuna dəvət olunmuşdur. Aparılmış söhbət zamanı məhkəmənin hökmündən A.Məmmədov tərəfindən apellyasiya şikayəti verildiyi müəyyən edildiyindən və beləliklə hökm qanuni qüvvəyə minmədiyindən maddi sübut ona qaytarılmamışdır.

 

İstər 15 may 2019-cu ildə, istərsə də əvvəlki tarixlərdə Anar Məmmədova baş redaktoru olduğu internet saytında hər hansı məlumatların, o cümlədən SOCAR-la bağlı yazıların dayandırılması tövsiyyə olunmamışdır".

 

Aşıqlamada həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha izah edilir ki, "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yalan və qərəzli yazılar, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməlidir.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031