Baş Prokurorluq koronavirusla mübarizə ilə bağlı məlumat yayıb

Baş Prokurorluq koronavirusla mübarizə ilə bağlı məlumat yayıb
 Azərbaycan Raspublikasının rəhbərliyi, habelə höküməti və aidiyyəti dövlət qurumları tərəfindən pandemiya dövründə risklərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilən qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilib.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prokurorluğunun da üzvü olduğu Avropa ölkələrinin prokurorluq və antikorrupsiya qurumlarının Korrupsiyaya qarşı mübarizə əməkdaşlığı təşkilatı tərəfindən həmin təşkilata üzv olan Avropa ölkələrinin hökümətləri və müvafiq dövlət qurumları tərəfindən pandemiya dövründə həyata keçirilən qabaqlayıcı və inzibati tədbirlər təhlil edilib və bu barədə məlumat EPAC və EACN təşkilatlarının birgə bülletenində dərc olunub. 

Müsbət haldır ki, Azərbaycan Respublikasında bu sahədə vaxtında həyata keçirilən operativ tədbirlər nəticəsində əhalinin sosial və digər maraqlarının nəzərə alınması və onların təmin edilməsi üçün müvafiq addımların atılması barədə də məlumat Bülletendə öz əksini tapıb.

O cümlədən qeyd edilib ki, əhaliyə göstərilən maddi yardım, həmçinin vətəndaşların sağlamlıqlarının  qorunması üçün əlçatan və keyfiyyətli tibbi yardım göstərilib, bu məqsədlə yeni modul tipli xəstəxanalar tikilməklə istifadəyə verilib.

Həmçinin, COVİD-19 pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan daxil olan ərizə və şikayətlərin araşdırılaraq qanuni tədbirlərin görülməsi, habelə koronavirusa qarşı həyata keçiriən səmərəli inzibati tədbirlər də  xüsusilə vurğulanıb. 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...