Baş nazirin olduğu binada DƏHŞƏTLİ YANĞIN
15:52 / 08.04.2019
3220
Pakistanın paytaxtı İslamabadda yanğın hadisəsi qeydə alınıb.
Yanğın baş nazir İmran Xanın ofisinin yerləşdiyi binada baş verib.
İlkin versiyaya görə, yanğın binanın 6-cı mərtəbəsində meydana gələn qısaqapanmadan sonra olub. Alov qısa müddətdə hər tərəfə yayıldığı üçün yanğın təhlükəli hal alıb. Buna görə də baş nazirin ofisi boşaldılıb.
Hadisə zamanı xəsarət alanların olub-olmadığı barədə hələ ki, informasiya verilmir.publika