\"Barselona\" Martinesə müqavilə təklif etdi

\
 

"Barselona” yay transfer dönəmində hücumçu almaq istəyir.

 

Sfera.az  xəbər verir ki, katalonlar "İnter"in hücumçusu Lautaro Martinesin transferi üçün daha bir addım atıb. Klub argentinalı futbolçuya 5 illik müqavilə və illik 7 milyon avro maaş təklif edib.

 

"İnter"in bu təklifə hansı reaksiya verəcəyi bəlli deyil.

 

22 yaşlı futbolçu bu mövsüm 30 oyunda 16 qol vurub. "İnter" Argentina millisinin üzvünü 2 mövsüm əvvəl "Rasinq"dən 25 milyon avroya transfer edib. Martinesin "İnter"lə müqaviləsi 2023-cü ilin yayında bitəcək. Onun sərbəst qalma dəyəri 111 milyon avrodur.


OXŞAR XƏBƏRLƏR