Banklar kredit faizlərini aşağı salacaqmı? – Ekspertdən optimist yanaşma

Banklar kredit faizlərini aşağı salacaqmı? – Ekspertdən optimist yanaşma

"Ciddi iqtisadi təlatümlər olmasa növbəti mərhələdə kredit faizlərinin azalması baş verəcək”.


Sfera.az-a açıqlamasında bu sözləri Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması və dövlət başçısının da prosesə münasibət bildirməsi fonunda bankların kredit faizlərini aşağı salıb-salmayacağı məsələsinə toxunarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:

 

 

"Ölkəmizdə kredit faizlərinin formalaşmasına təsir göstərən bir sıra faktorlar var. Onlardan birincisi məhz uçot dərəcəsinin aşağı salınması, problemli kreditlərin kredit portfelində həcminin azalmasıdır. Hansı ki, bu istiqamətlərdə atılan addımlar kredit faizlərinin azaldılması üçün müəyyən iqtisadi əsaslar yaradıb. Ancaq prosesə həmçinin mövcud rezervlər və bazarda tələblə təklif arasında olan konyuktura da təsir edir. İndiki halda biznes və ev təsərrüfatlarına kredit verilməsi risqi yüksəkdir ki, bu da kredit fazilərinin azalmasına neqativ təsir edir. Tələb də həmçinin yüksəkdir. Baxmayaraq ki, hazırda bankların müdafiə etdiyi vəsaitləri var. Lakin onu bazarda yerləşdirə bilmirlər. Biznes subyektlərinin bir çoxunun gizli iqtisadiyyatın subyekti olması da, bu istiqamətdə kredit təşviqi imkanlarını məhdudlaşdırır”.

 

Ekspertin fikrincə, manatın məzənnəsinin üzən rejimə keçməməsi də banklar üçün kredit faizlərini aşağı salmaq yolunda yaranan risqlərdən biridir: Xüsusən də manatın məzənnəsinin üzən rejimə keçirilməməsi, sabit saxlanılması gələcək üçün risqlər formalaşdırır. Biznes adətən orta və uzunmüddətli dövr üçün vəsait cəlb etməkdə maraqlıdır. Amma Azərbaycan bankları üzən məzənnə rejiminin olmaması və resurslardan asılılıq fonunda orta və uzunmüddətli dövr üçün kredit verməyə həvəs göstərmir. Bu qiymətlər fonunda da banklar daha yüksək kredit faizi təklif edir. İstənilən halda, görünən odur ki, kredit faizlərinin də aşağı salınması prosesi gedir. Faizlərin azalması növbəti mərhələdə daxildə və xaricdə hər hansı bir ciddi iqtisadi böhran baş verməsə davam edəcək”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...