Bank VTB - Azərbaycan ixracatçılarla əməkdaşlıq imkanlarını müzakirə edib

Bank VTB - Azərbaycan ixracatçılarla əməkdaşlıq imkanlarını müzakirə edib
Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında iştirak edərək kənd təsərrüfatı, yüngül və ağır sənaye sahəsində fəaliyyət göstərən şirkət nümayəndələrilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Tədbir İşgüzar Şuranın 2018- ci ildə fəaliyyətinin nəticələri və cari ilin planlarına həsr olunub. İclasda sənaye, kənd təsərrüfatı, tikinti və maliyyə sahəsində çalışan 100 yaxın şirkət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Azərbaycan və Rusiya arasındakı ticari-iqtisadi əlaqələrin uğurlu inkişafını qeyd edərək, iki ölkə sahibkarları arasında işgüzar əlaqələrin yeni inkişaf imkanlarını müzakirə edib.

"Bank VTB (Azərbaycan)-ın məhsul və xidmətləri ümumilikdə şirkətlərin biznes fəaliyyətini asanlaşdıramağa və sürətləndirməyə imkan verir. Buna İşgüzar Şuranın bankla gələcək əməkdaşlığı və tərəfdaş əlaqələrin inkişafı da təsir edəcək” - deyə  bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin şərh edib.

VTB (Azərbaycan) 1516 hüquqi şəxsə xidmət göstərir və onların yarısından çoxu RF ilə çalışan transsərhəd şirkətlərdir. Ötən il Azərbaycan müəssisələrinin RF ilə pul dövriyyəsi təxminən
170 mln manat təşkil edib.

Arayış üçün:

Azərbaycan-Rusiya İşgüzar Şurası aktiv şəkildə ikitərəfli xarici iqtisadi layihələri reallaşdıran iş adamlarını birləşdirir, və iki tərəfin biznes nümayəndələrinin yaranan problemlərini operativ şəkildə həll edir. Şuranın əsas fəaliyyət istiqamətləri Rusiya işgüzar icmasının  Azərbaycan tərəfdaşları ilə qarşılıqlı əməkdaşlıq və Azərbaycan bazarı üzrə mövqeyinin müəyyən edilməsi, Rusiya –Azərbaycan qarşılıqlı əməkdaşlığının genişləndirilməsi və diversifikasiyası üçün konkret imkanların üzə çıxarılması, görüş, konfrans, işçi qrupları və digər işgüzar tədbirlər vasitəsilə əməkdaşlıq üçün əlavə imkanların yaradılması, əlaqələrin qurulması və ölkələrin ictimai birlikləri ilə birgə işin aparılmasıdır. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...